Web dizayn

ERA.Az Komandası 2010-cu ildən başlayaraq müştərilərinə keyfiyyətli və sərfəli xidmət göstərməyə, yeni-yeni layihələrə imza atmağa davam edir. Hər növ saytların və mobil tətbiqlərin hazırlanmasını bizə həvalə edə bilərsiniz. Hazırladığımız saytlar həm dizayn, həm də funksionallıq baxımından müasir zəmanənin tələblərinə tam cavab verir. Saytların hazırlanmasında heç bir hazır CMS-dən istifadə olunmur, tamamilə tərəfimizdən başdan sonadək kodlaşdırılır. Saytların dizaynı isə bütün kompüter və cihazların ekran ölçülərinə uyğun olaraq işlənib-hazırlanır. Hazırlanan saytların və tətbiqlərin texniki dəstəyi, təhlükəsizlik tədbirləri tərəfimizdən həyata keçirilir.

İstifadə etdiyimiz proqramlaşdırma dilləri və kitabxanalar aşağıdakılardır:

  • HTML, HTML5
  • CSS, CSS3
  • JavaScript
  • JQuery
  • PHP
  • MySQL
  • Bootstrap
  • AJAX
  • JAVA
  • Swift

2018-ci il fevral ayında isə şəxsən ERA.Az Komandası tərəfindən yaradılmış ERA CMS müştərilərə təqdim olundu. 

Artıq 4-cü versiyası işıq üzü görən ERA CMS aşağıdakı özəlliklərə malikdir:

  • Rahat və funksional Admin Panel;
  • Slayder idarə paneli (şəkillərin sıralanması, əlavə edilməsi, silinməsi);
  • Müştəri (tərəfdaş) Logolarının əlavə olunması sistemi;
  • Xəbər əlavə etmə sistemi;
  • Mətn və şəkillərdən ibarət məlumat tipli bölmələrinin yaradılması sistemi;
  • Qalereya sistemi (şəkil və videoların əlavə edilməsi);
  • Menu sistemi - bölmələrin yaradılması, sıralanması, redaktəsi və silinməsi;
  • Sayt tənzimlənmə sistemi;
  • Axtarış sistemlərinə əlavə və axtarış üçün açar sözlərin əlavə olunması sistemi;
  • Sosial şəbəkələrin inteqrasiyası;
  • Əlaqə bölməsi (saytdan göndərilən mesajlara baxış sistemi).

ERA CMS saytın funksiyalarından tam və rahat istifadə etməyə imkan verir. Saytda hər hansı bölmənin yaradılması, sayta hər hansı bir məlumatın (xəbər, mətn, şəkil, video) əlavə olunmasl tamamilə çox asan şəkildə müştəri tərəfindən Admin Panel-dən həyata keçilir.

Siz də sərfəli qiymətə keyfiyyətli və təhlükəsiz sayta sahib olmaq istəyirsinizsə bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

ERA.Az Komandası sizin xəyalınızdakı saytı reallığa çevirəcək.

Bizi seçdiyiniz üçün minnətdarıq !!!