E-commerce saytlar

E-commerce saytlar

E-commerce saytlar

Bu gün rəqəmsallaşma həyatımızın bütün sahələrinə təsir göstərib. İnsanlar artıq evdən çıxmadan bir kliklə istədiklərini sifariş edə bilirlər. Bu da e-commerce saytlarının əhəmiyyətini xeyli artırıb. Mağaza saytlarının hazırlanması xüsusi peşəkarlıq tələb edir. Çünki çox funksiyalı olduğuna görə güclü məntiq qurulmalıdır. İstifadəçi asanlıqla qeydiyyata düşməli, filtrləmə, kataloq, ödəniş, sifariş və s. bu kimi kateqoriyalardan rahatlıqla istifadə etməlidir.  E-commerce saytı hazırlamaq məhsullarınızı və xidmətlərinizi birbaşa onlaynda rahatlıqla satmaq deməkdir. Bəs işə necə başlamalı?  Hazırlıq mərhələsi developer və sahibkarın birlikdə işlədiyi hissədir. Burada əsas məsələ müştərilərinizin həvəslə istifadə edəcəyi interfeys və funksionallıq yaratmaqdır. İndi isə e-commerce saytlarının hazırlıq mərhələləri ilə tanış olaq:

Planlama və Analiz: E-commerce saytınızı hazırlamadan əvvəl məqsəd və hədəflərinizi təyin edin. Müştərilərinizin kim olduğunu və istəklərini anlamaq üçün bazar araşdırması aparın. Bu mərhələdə e-commerce platforması seçimi, məhsulların kateqoriyalaşdırılması, ödəniş və çatdırılma kimi vacib addımları müzakirə edin.

Dizayn və istifadəçi təcrübəsi (UX): E-commerce saytınızın dizaynı, rahatlığı və istifadəçi təcrübəsi baxımından müştərilərinizin gözləntilərinə cavab verməlidir. Dizaynda minimalist, anlaşıqlı interfeys yaradın.

Domen adı seçimi: Elə domen adı seçin ki, markanızı doğru şəkildə təmsil etsin. Unutmayın ki, domen adınız müştərilərinizin saytınızı tapması üçün ilkin vasitədir.

Hostinq xidməti: Saytınızın internetdə yerləşəcəyi təhlükəsiz və sürətli hostinq serveri seçin.

Platforma seçimi: E-commerce saytınızı yaratmaq üçün müxtəlif platformalar mövcuddur. Populyar platformalar Shopify, WooCommerce, Magento və BigCommerce sayıla bilər. Biz də öz saytlarımızı ERACommerce platformasında yerləşdiririk. Seçdiyiniz platformanın sizin məhsul və xidmətlərinizin növünə, hədəf kütlənizə uyğun olmasına diqqət edin.

Təhlükəsizlik :Müştərilərinizin məlumatlarının təhlükəsizliyini təmin etmək üçün SSL şifrələməsini tətbiq edin.

Məhsul və xidmət kateqoriyaları: Saytınızdakı məhsul və xidmətlərinizi uyğun kateqoriyalara bölmək üçün struktura qurun. Müştərilərinizə rahat axtarış və filtrləmə imkanı təmin edin, istifadəçinin rahat hərəkət etməsi üçün interfeysə diqqət edin. Səhifənin yüklənmə sürəti, məhsul axtarışı və alış-veriş səbətinin asanlığı kimi faktorlara fokuslanın.

Ödəniş və Çatdırılma: E-commerce saytınızda düzgün ödəniş sistemi və çatdırılma prosesi təşkil etməlisiniz. Təhlükəsiz ödəniş seçimləri, müxtəlif ödəniş kanalları və çatdırılma seçimləri təklif edin.
Müştərilərə Dəstək: Müştərilərinizin suallarını və problemlərini araşdırmaq üçün müştəri dəstək sistemi qurun. Onlayn çat, email kimi variantlar təqdim edin və müştərilərinizə daim dəstək verməyə çalışın.

Mobil Uyğunluq: Mobil cihazlardan gələn trafiki də nəzərə alaraq, saytınızın mobil uyğunluğunu təmin edin. Hər cihaz üçün uyğun (responsive) dizayn yaradın.

Marketinq və reklam: Saytınızı və məhsullarınızı tanıtmaq üçün rəqəmsal marketing strategiyaları, reklam kampaniyaları və SEO uyğun məzmun yaradın. Bütün bunlar markanızın saytını daha çox insanın tanıması və ziyarət etməsi üçün təşviş yarada bilər. SEO (Axtarış Mühəndisliyi Optimize etmə) saytınızın axtarış motorlarında daha yüksək sıralanması və trafik cəlb etməsi üçün SEO strategiyasını tətbiq edin. Axtarış dostu URL-lər, meta etiketləri, məhsul səhifələri üçün optimallaşdırma kimi SEO prinsiplərini təkmilləşdirin. 

ERAsoft 10 ildən çoxdur ki, müxtəlif tip veb-saytların hazırlanması ilə məşğuldur. Hazırladığımız e-commerce saytları ilə tanış olmaq üçün portfolio klikləyə bilərsiniz.