B2B sistemləri, növləri və daha bir neçə məsələ

B2B sistemləri, növləri və daha bir neçə məsələ
  • 9 yanvar, 17:39
  • 0000, 00:00

B2B sistemləri, növləri və daha bir neçə məsələ

B2B (Business to business) sisteminin nə olduğu çoxuna məlumdur: iki şirkət arasında satış aparan biznes modelidir. Bu modeldə məhsullar istehlakçıya deyil, şirkətlərə və müəssisələrə satılır. Bizim təcrübəmizdə də bir çox B2B sistemləri var: Caspian Event Organisers (CEO), Iteca Caspian MMC üçün hazırladıqlarımız. Elə bu yaxınlarda hazırladığımız sistemdən danışaq.

Teknofest Azərbaycan tədbiri çərçivəsində təşkil olunan “takeoff BAKU” layihəsi üçün görüşlərin təyini və idarə olunmasında istifadə olunacaq B2B sistemi heç bir hazır sistem istifadə edilmədən tərəfimizdən hazırlanıb. Teknofest Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır və keçən il mayın 26-29-da ölkəmizdə keçirildi. "Takeoff Baku" startapçılarla investorlar arasında görüşləri həyata keçirirdi. 32 ölkədən ümumilikdə 287 startapçı festivala qatılmışdı, onlardan 101-i Azərbaycan təmsilçisi idi. Daha sonra təşkilatın seçdiyi startapçılar qurduğumuz sistemə import olunurdu. Biz bunu hazırlayarkən bütün prosesi, gedişatı, qarşıda problem yarada biləcək bütün ehtimalları nəzərə alaraq funksional sistem qurduq.

Demək olar ki, bütün sektorlarda istifadə edilə bilən B2B sistemlərinin bir neçə növü var:

Məhsula əsaslanan B2B

Bu növə maddi məhsulların satışı aiddir. Məhsul əsaslı iş modelində xammal, emal olunmuş məhsullar və ya istifadəyə hazır materiallar satıla bilər. B2B e-ticarət saytları bura aiddir.

Xidmət əsaslı B2B

Xidmət satışını nəzərdə tutan biznes modelidir. Məsələn, şirkətlərə investisiya məsləhəti verən maliyyə şirkətinin təqdim etdiyi xidmət buna daxildir.

Proqram əsaslı B2B

İT məhsullarının satışına əsaslanan proqram əsaslı B2B adlanır. Bura məhsulların rəqəmsal çatdırılması, quraşdırma və texniki dəstək kimi fəaliyyətlər daxildir.

Ümumiyyətlə, B2B bir çox sahədə, xüsusən də e-ticarətdə istifadə edilir. Bu biznes modeli azad bazarın fəaliyyətində mühüm yer tutur.