Google Search reklamları: Elan saytını necə hədəfləyək?

  • Ana səhifə
  • Bloq
  • Google Search reklamları: Elan saytını necə hədəfləyək?
Google Search reklamları: Elan saytını necə hədəfləyək?
  • 16 yanvar 2023, 14:33
  • 0000, 00:00

Google Search reklamları: Elan saytını necə hədəfləyək?

Bilirik ki, Google Search reklamları açar sözlərin əsasında qurulur. Açar sözləri nə qədər doğru seçsəniz, o qədər dəqiq nöqtə atışı edə bilirsiniz. Açar sözləri hədəfləmənin (keywords) 3 növü var: broad, phrase, exact match. Bunlar haqqında informasiyanızın olduğuna əminik.

Burada əsas məsələ: hansını seçək, hansı bizə daha uyğundur və reklamın keyfiyyətinə hansı daha yaxşı təsir göstərir?

Bu verdiyiniz reklamdan, hədəfinizdən asılıdır. Biz daha konkret nümunə ilə fikrimizi izah edək. Məsələn, Telsat.az saytı üçün açar sözlərin targetini edək. Telsat.az ölkənin ilk mobil elanlar saytıdır və onun açar sözlərini seçərkən bir-iki nüansa diqqət edilməlidir. Search reklamında açar sözlərin seçilməsi prosesi elə aparılmalıdır ki, doğru axtarışda reklamınız istifadəçinin qarşısına çıxsın. Digər hal sizin boşuna büdcə itirməyiniz deməkdir. Bundan siz heç bir xeyir götürmürsünüz. Buna görə də açar sözün növünü doğru seçməlisiniz.

Məs, “telefon” sözünü “broad match” verərək əlaqəsiz axtarışlarda çıxma faizinizi çoxaldırsınız. Yəni “telefon təmiri”, “telefon formatı” kimi axtarışlarda sizin reklamınız çıxa bilər və buna heç bir aidiyyətiniz yoxdur. Ona görə də “phrase match” daha etibarlı seçimdir. Ümumiyyətlə, “broad match”dən daha çox hədəf kütlənizi tanımadığınız, hansı sözlərlə axtarış edəcəyinizi bilmədiyiniz ilk vaxtlarda istifadə edilir. “Exact match” daha lakonik olduğuna görə onu seçərkən diqqətli olmaq lazımdır. Hədəfinizi çox yaxşı tanımalısınız. Bu daha çox hər məhsulu ayrı-ayrı reklama verəndə öz effektini göstərir. Yəni məsələn, Telsat.az-ın 5 kateqoriyası (mobil telefonlar, kompüter və planşetlər, smart cihazlar, aksesuarlar, mobil nömrələr) var və onların hər birini ayrılıqda “exach match”la target edib, reklama qoyursunuz.

Bir sözlə, reklam verməmişdən əvvəl açar sözlərinizi yaxşı analiz edin, kütlənizi tanıyın, hədəfinizi dəqiqləşdirin!