Müştəri ilə necə yazışaq?- Korporativ imeyl

Müştəri ilə necə yazışaq?- Korporativ imeyl
  • 25 yanvar 2023, 16:45
  • 0000, 00:00

Müştəri ilə necə yazışaq?- Korporativ imeyl

Korporativ imeyl bir çox cəhətdən qeyri-rəsmi imeyldən fərqlənir. Dostlarınızla bir-birinizə göndərdiyiniz elektron məktublardan daha peşəkar və konkret formatda yazılmalıdır. Peşəkar imeyl formatı sizi etibarlı və ciddi göstərəcək.

Necə yazmalı olduğunuz barədə bəzi məsləhətlər:

1. Mövzu hissəsi
 
  • Qısa və yığcam olsun
Mövzu hissəsindəki mətn 50 simvoldan az olmalıdır. Bundan daha uzun yazanda, xüsusən də mobildən baxan müştərilər həmin hissəsini tam görə bilmirlər.
 
  • Onu yaddaqalan edin
Həmin hissənin çağırışçı olmağına fikir verin.

2. Salamlama hissəsi

Bu imeylinizi oxuyanda gördükləri ilk hissə olduğundan onu düzgün yazmaq çox vacibdir. Salamlaşma imeylin tonunu təyin edir. Bu yazılma tonu isə sizinlə alıcı arasındakı yaxınlığın səviyyəsindən asılıdır. Alıcını nə qədər yaxşı tanısanız, salamlaşma bir o qədər az rəsmi olacaq. Əgər alıcı haqqında çox şey bilmirsinizsə, bu hissəni qısa tutun. Bütün hallarda alıcının adının çəkilməsi daha yaxşdır. Bu tez yaxınlıq qurmağa və hədəfə çatmağa kömək olacaq.

Məsələn, sadəcə  “Salam” yazmaqdansa,  “Salam, X xanım/bəy” yazmaq daha yaxşıdır.

3. Gövdə hissəsi  

Dostanə yazışma tonu daha yaxşı olsa da, bu tip imeyllərin öz qaydası var. Ona görə formata sadiq qalaraq mesajınızı aydın və birbaşa çatdırın.
 
  • Özünüzü təqdim edin
Əgər alıcı sizi tanımırsa, adınızı, vəzifənizi, necə tanış olduğunuzu, sizi kimin tanış etdiyini və digər məlumatları yazın. Sizi tanıyan insanlarda isə bu hissəni buraxın.
 
  • Qısa yazın
Bu dövrdə insanlar çox səbrsizdir, ona görə imeyli qısa yazın.

E-poçtunuzun məqsədini aydın və birbaşa bildirin. Vacib hissələri nömrələyin, bu yazını daha oxunaqlı edir.
 
  • Çox məlumat verməyin
Çox detallı imeyldən qaçın. Əsas məğzi yazın, lazım gələrsə, sənəd əlavə edin. Nidanı diqqətli, böyük hərfdən isə yalnız lazım olduqda istifadə edin.

4. Bağlanış

İmeyli necə bitirməyiniz onu başlamaq qədər vacibdir. Çünki siz alıcınızda yanlış təəssürat yaratmaq istəmirsiniz.  Məsələn, əgər alıcı ilə tanışlıq yoxdursa, sonda “sevgilərlə” yox, “hörmətlə” yazmaq tövsiyə edilir.

Bağlanışı bu sözlərlə bitirə bilərsiniz:
 
  • Hörmətlə;
  • Sevgilərlə;
  • Bütün səmiyyətimlə;
  • Ən gözəl arzularla;
  • İndidən təşəkkürlər;
  • Təşəkkürlər;

5. İmeyl imzası

İmeyl imzası iş yazışmaları üçün vacibdir. Bu sizi daha rəsmi və ciddi göstərəcək. Yaxşı korporativ imeyl imzası bunları əhatə etməlidir: Ad və ünvan; Əlaqə vasitələri; Sosial şəbəkə hesablarınız; Professional fotoşəkil.

Gələn yazılarda imeyl mövzusuna yenidən qayıdacağıq.