Tez-tez soruşulan suallar
Bu məsələ müştərinin sifarişindən asılıdır. Müddət 1 həftə, 1 ay, 1 il də ola bilər. Əsas məsələ nə sifariş etdiyinizdir. Bütün hallarda bizim komanda olaraq prioritetimiz sifarişinizi arzuladığınız formada və qısa müddətə sizə təhvil verməkdir.
Bəli, tərəfimizdən texniki dəstək bütün müştərilərə təklif edilir. Seçim sizindir.
"ERAsoft"un portfoliosunda hər növdə sayt var. 12 illik fəaliyyətimiz dövründə müxtəlif tip saytlar hazırlamışıq. Komandamız sizin xəyalınızdakı ideyanı asanlıqla reallaşdıra bilir.
Bu məsələ çox qarışdırılır. Saytın dizaynını veb dizayner hazırlayır. O, eskizləri çəkir və saytın sektoruna uyğun məntiqi qurur. Front-end isə kodlaşdırır. Yəni veb dizaynerin qurduğu məntiq əsasında kodu yazır.
İndiki dövrdə bütün sosial şəbəkələrdə olmaq tövsiyə edilir. Çünki hamının bütün şəbəkələrdə hesabı var və sizin orada olmağınız məsləhətdir. Lakin hədəf kütlə məsələsini də unutmaq olmaz. Sizin izləyiciniz daha çox harda olursa, həmin şəbəkədə daha aktiv və güclü kontentlə çıxış etməyiniz vacibdir.
Stilistikanın seçilməsi prosesi SMM komandamız və müştəri arasında gedir. Bunun müştərinin yox, qrafik dizaynerin qərarı ilə seçilməsi daha doğrudur. Ümumiyyətlə, brendləşmə işi peşəkar komandaya tapşırılmalıdır.
SEO uzun müddətə, SEM isə qısa müddətə nəticə göstərən vasitədir. “SEO”nun nəticə verməsi azı 3 ay vaxt tələb edir, lakin nəticə daha uzunmüddətli olur. SEM isə daha tez nəticə alınması üçün istifadə olunan ödənişli reklam növüdür. Çünki sizə o dəqiqə "Google"nin 1-ci səhifəsində görünmək lazımdır. Seçim sizin brendiniz üçün qurduğunuz strategiyaya əsaslanmalıdır.