SEO xidməti
Saytlara SEO xidmətinin verilməsi veb-saytın Google axtarışlarında birinci səhifəyə çıxması deməkdir. Son statistik nəticələrə görə insanlar Google üzərindən axtarış edəndə 80%-i ilk sıradakı mənbələrə daxil olur. Ona görə də tək sosial şəbəkələrdə deyil, həm də Google, Yandex kimi axtarış sistemlərində potensial müştərilərinizin qarşısına çıxmaq istəyirsinizsə, markanız SEO xidmətindən yararlanmalıdır. Bizim peşəkar seo xidməti komandamız da veb saytlarınızı, mobil tətbiqlərinizi Google, Yahoo, Bing, Yandex və s. axtarış sistemlərinə əlavə edir.
Saytlara SEO xidməti verərkən bunları təklif edirik:
- Saytınızın detallı SEO auditi
- Texniki SEO
- On-Page SEO
- Off-Page SEO
Saytınızın detallı SEO auditi
SEO xidmətinin ilk mərhələsidir. İşə başlamazdan əvvəl veb-saytın SEO auditini aparırıq. Aparılan detallı auditin nəticəsinə uyğun olaraq SEO strategiyasını qururuq.
On-Page SEO xidməti
SEO xidməti işlərində On-Page SEO səhifələrin axtarış sistemlərinin qaydalarına uyğun işlənməsi deməkdir. Saytlara verdiyimiz On-Page SEO xidmətinə daxildir:
- Kontent - Səhifədəki kontentin istifadəçinin axtarış sorğusuna uyğun olması
- Daxili linklənmə (İnternal linking) - Bloqlar arasında güclü əlaqələr yaratmaq üçün səhifədən səhifəyə daxili bağlantılar qurmaq
- Başlıq və Meta açıqlamanın optimiziyası
- Açar sözlər - Güclü axtarış həcminə malik açar sözlərin seçilməsi
- Şəkillərin optimizasiyası- Ölçü, alt teqlərin yazılması
Off-Page SEO xidməti
Bu saytdan kənar görülən işlərdir. Daha çox tanınma üçün aparılan SEO xidmətidir:
- Backlink - Digər veb-saytlardan saytınıza keçidin verilməsi.
- Kontent marketinqi – Saytdan kənar SEO taktikasıdır. Sosial şəbəkələr, influenser marketinqi, podkastlar, forumlarda aparılan işlər daxildir.
- Yerli SEO ( Local SEO ) - Yerli trafiki, markanın tanınması üçün onlayn mövcudluğu optimallaşdırmaq prosesidir. Yerli SEO elementlərinə Google Business Profile və NAP kimi taktikalar daxildir.
- Rəylər - Başqalarının biznesinizə etibar etməsi üçün əla yoldur. “Google”un nəzərə aldığı ən vacib amillərdən biridir. Eyni zamanda Google bütün rəylərə cavab verməyi tövsiyə edir.
- Tədbirlər - səhifədənkənar SEO strategiyanıza töhfə verə bilər.
Texniki SEO xidməti
SEO xidmətində vacib olan digər hissədir. Texniki SEO saytın axtarış sistemi tərəfindən düzgün yoxlanmasını və indeksləşdirməyini həyata keçirir. Texniki SEO xidmətinə daxildir:
- Veb-saytın sürəti
- Sınıq bağlantılar (broken links)
- Yoxlanış xətaları
- Mobil uyğunluq
- Sitemap.xml
- Robot.txt fayl