Korporativ Saytlar
Korporativ sayt şirkətin və ya təşkilatın onlayn üzüdür. Burada əsas məsələ şirkət özünü, iş prinsiplərini aydın şəkildə ifadə edə bilsin. Yaxşı hazırlanmış korporativ veb-sayt brendinizin tanınması və istehlakçıların beynində sizi rəqiblərdən fərqləndirmək üçün yoldur. Onlayn məkanda bir brendi rəsmi olaraq təmsil etmək üçün istifadə edilən veb-sayt növüdür. Korporativ veb-sayt eyni zamanda biznes imkanını təmsil edir. Buna görə də müştərilər və ya hər hansı digər ziyarətçilərlə əlaqə yaratmaq vasitəsi kimi optimallaşdırılmalıdır. Korporativ veb-saytlar bu əlaqəni yaradarkən brendə uyğun təqdimat dili təqdim etməlidir. Hazırlıq mərhələsində bunlar nəzərə alınmalıdır:
- Yaxşı vizual dizayn
- Brendi ifadə edən bölmələr
- Düzgün naviqasiya
- Etibarlılıq
Korporativ veb-saytlar şirkət fəlsəfəsini təqdim etmək məqsədi daşıyır. Veb-sayt potensial müştərilərə əlaqə yaratmaq imkanı verərkən korporativ brendi etibarlı və peşəkar kimi təqdim etməlidir. Biz də hazırladığımız veb-saytlarda bunlara mütləq əməl edirik və şirkətin sektoruna uyğun funksionallıqda yığırıq.