"Google Ads"də uğurlu olmanın yolları!

"Google Ads"də uğurlu olmanın yolları!
  • 9 noyabr 2022, 00:00
  • 0000, 00:00

"Google Ads"də uğurlu olmanın yolları!

Ən nəhəng axtarış sistemi olan “Google”ın Ads aləti sizin məhsulun axtarış vaxtı önə çıxmağını təmin edir və potensial müştərinizə çatdırır. Bu reklamlar veb-saytlara çoxlu trafik cəlb edir və asanlıqla daha çox satışa səbəb ola bilir. Bununla belə effektiv Google reklamları yaratmaq, düzgün insanlara çatmaq asan deyil.

Google reklamlarının effektivliyi üçün düzgün strategiyanın qurulması və düzgün əsasdır. Çünki Google reklamları büdcə olaraq yüksəkdir və zəif qurulan plan şirkətin mənasız yerə pul itirməsinə səbəb olur. Ümumiyyətlə, bütün reklam növlərində əsas məsələ strategiyadır. Marketoloqunuz tərəfindən hazırlanan bu plan sənin kütlənin başa düşəcəyi tərzdə, hansı platformada hansı tip reklamı seçəcəyini müəyyən edir. Həm Facebook Ads Manager, həm də “Google Ads”də uğurlu olmaq üçün bəzi nüanslar nəzərə alınsa, reklamınız istədiyiniz hədəfə çatar. Belə ki:

  • 1. Auditoriyanızı analiz edin;
  • 2. Vizuallığı diqqətlə seçin;
  • 3. Hər bir kampaniya üçün kontenti fərdiləşdirin və optimallaşdırın;
  • 4. Məhsulunuza uyğun tutarlı, kütlənin rahat başa düşəcəyi, kreativ başlıqlar yazın;
  • 5. Düzgün kampaniya növünü seçin( Search, display, discovery və s.);
  • 6. Search reklamının başlığında istifadə etdiyiniz açar sözlərdən description hissədə də istifadə edin.

Bir sözlə, arzuladığınız nəticə həm alıcınızı, həm də Google alqoritmlərini tanımağınızdan və apardığınız analizlərdən asılıdır.