Yeni proqramlaşdırma dili öyrənmək və vaxtınızı boşa sərf etmək istəmirsiniz. Şübhəsiz ki, seçdiyiniz dilin bazarda ən çox tələb olunan proqramlaşdırma dili olduğuna əmin olmaq istəyirsiniz. Bu vaxt hansı proqramlaşdırma dillərinin populyar olduğunu, hansının faydalı olduğunu və hansıların bazarda yeni olduğunu bilməlisiniz. Hardan başlamalı olduğunu bilmirsiniz? Narahat olmayın, biz artıq bunu sizin üçün araşdırmışıq. Bu bloqumuzda araşdırmanı hansı prinsiplə edəcəyinizə aid ipucuları vermişik. Ən çox tələb olunan proqramlaşdırma dillərinin hansı ola biləcəyini bilmək üçün iki əsas araşdırma sualınız ola bilər:
- 1. Hazırda hansı dillərə tələbat var?
- 2. Hansıların populyarlığı artır və tezliklə tələbatlı olacaq?
Yəqin ki, birinci sualımızın arxasındakı məntiqi təxmin etdiniz. Trendləri izləmək həmişə hansı dillərə üstünlük veriləcəyini anlamaq üçün ən yaxşı yol olmasa da, bir dilin populyarlığı onun bazarda üstünlüyünü göstərə bilər. Budur sizin üçün ümumi bir qayda – bir dil nə qədər çox istifadə olunursa və ya ümumidirsə, proqramistin (yəni sizin!) iş yerində onu işləməsi ehtimalı bir o qədər yüksəkdir.
İkinci sualın cavabı üçün internetdə araşdırma edin və bu iki amilə diqqət edin:
- Proqramistlərin istifadə etdikləri dillər
- Proqramistlərin hələ istifadə etmədiyi, lakin istifadə etməkdə maraqlı olduqları dillər
Bu tendensiyaları nəzərdən keçirərək, qarşıdakı illərdə hansı dillərin populyarlaşacağını daha yaxşı başa düşmək olar.