Bu sual bütün səhifə sahiblərini maraqlandıran məsələdir. Necə yazaq? Necə yazaq ki izləyimiz artsın? Necə yazaq ki izləciyimiz bizi rahat başa düşsün? Sualların cavabı hədəf kütlədə gizlidir. Kimə yazdığınızı bilməli və sizi izləyən kütləni tanımalısınız. Nümunə ilə gedək ki, sizə aydın olsun.
Əgər siz implant satışı ilə məşğul olursunuzsa, demək kütləniz diş həkimləridir.
Yox əgər sizin qadın geyim butiki səhifəniz varsa, izləyicilərinizin çoxu qadındır mənasına gəlir.
Demək bu iki nümunənin kontenti hazırlanarkən bütün bunlar nəzərə alınır və yazı üslubu ona uyğun yazılır. İzləyici kütlən səni yönləndirir. Ona görə də burada mətnin yazılma üslubları eyni ola bilməz. Çünki izləyici kütləsi fərqlidir. Bütün hallarda instagram üçün yazılan mətn maksimum sadə və rahatlıqla başa düşülən olmalıdır.