Artıq insanlar mobil dünyanın içində yaşadığına görə mobil tətbiqlər (mobil app) dövrümüzün olmazsa, olmazıdır. Bu da mobil tətbiqlərin sayının durmadan artmağına səbəb olur. Bəzən müştərilərdən mobil tətbiq ya veb-sayt yaxşıdır? kimi suallar gəlir. Ümumi yanaşdıqda müasir dövr üçün mobil tətbiq daha avantajlıdır. Biz bu üstünlüklərin nələr olduğunu bir neçə punktla aydınlaşdırmağa çalışacağıq.
- Mobil tətbiqlər daha sürətlidir
Mobil tətbiqlər çevikliyə görə veb-saytlardan daha sürətlidir.
- Oflayn rejimdə işləyə bilir
Mobil proqramlar oflayn rejimdə də işləyə bilir. Yəni Wi-Fi və ya mobil şəbəkə zəif olanda və ya olmayanda belə mobil proqrama qoşulmaq olur. Yeniləmələr internetə yenidən qoşulana qədər telefonda saxlanılır. Halbuki bunu veb-saytda etmək olmur. Digər tərəfdən veb-saytlara mobil brauzerlər vasitəsilə daxil olunur və yüklənməsi daha uzun çəkir. Vebsaytlar oflayn rejimdə işləmir, bu baxımdan istifadəçi üçün əlverişli deyil.
- İstifadəçi ilə daha yaxın əlaqə
Mobil proqramlar istifadəçilərin qarşılıqlı əlaqədə olmasına imkan verən interfeyslərə malikdir. Daha çox istifadəçini əhatə edir. Belə ki mobil tətbiqlər telefonun ekranında olduğuna görə ona daxil olmaq daha rahat olur. Bu da daha çox istifadəçi deməkdir.
- Mobil tətbiqlər cəlbedici dizayn təqdim edir
Veb dizayn istifadəçidə ilk təəssüratı yaradan ilkin komponentlərdən biridir. Brendinizi yaxşı göstərən veb-sayta və ya mobil tətbiqə sahib olmaq istifadəçilərin geri qayıtmasını təmin edəcək. Mobil tetbiqdə dizayn məsələsi veb-saytlardan daha vacib olur. Çünki istifadəçi tətbiqi adətən daimi istifadə üçün yükləyir və burada user interfeys çox vacib olur. Buna görə də tətbiqin dizaynı və rahatlığı daha əhəmiyyətli olur. Düzdür, bu o demək deyil ki, veb-saytda dizayn vacib deyil. Lakin bu məsələ mobil tətbiqdə daha əsasdır.
İstifadəçinin tətbiqi açıb-açmamasından asılı olmayaraq telefona bildirişlər gəlir. Gündəlik aldığınız yeniləmə və tanıtım bildirişləri “Push” adlanır. Bu kimi müntəzəm yeniləmələr mobil tətbiqlər vasitəsilə asanlıqla həyata keçirilir. O, həmçinin məhsul və xidmətləri mütəmadi olaraq tanıtmağa, satışlarınızı və mənfəətinizi artırmağa imkan verir.