Ölüm ya qalım dilemması: Instagram ya Facebook Ads Manager?

  • Ana səhifə
  • Bloq
  • Ölüm ya qalım dilemması: Instagram ya Facebook Ads Manager?
Ölüm ya qalım dilemması: Instagram ya Facebook Ads Manager?
  • 9 sentyabr 2022, 00:00
  • 0000, 00:00

Ölüm ya qalım dilemması: Instagram ya Facebook Ads Manager?

Rəqəmsala keçəndən sonra bir çox reklam növü öz aktuallığını itirdi. Yəni rəqəmsal marketinq ənənəvi marketinqi geridə qoydu. Düzdür televiziya əvvəlki kimi olmasa da hələ də öz yerini qoruyur. Lakin bilbord, küçə reklamları haqqında bunu demək olmaz. İni isə rəqəmsalın öz içində bölünmə var: reklamı hardan verək? Instagram ya "Meta Ads Manager”dən? Reklam peşəkar səviyyədə “Ads Manager”dən verilir. Meta bu xidməti ilə profil sahibinə daha çox seçim, daha çox funksionallıq təqdim edir. Lakin kiçik bizneslər üçün reklamın “Instagram”dan verilməsi daha yaxşı nəticə göstərir. Hansı ki, onların kiçik büdcəsi olur və detallı reklama ehtiyacları olmur.

Ümumiyyətlə, markan üçün reklam verməyə başlayanda əvvəl testlər edirsən. Kütlənin kim olduğunu müəyyənləşdirmək üçün fərqli targetlərlə reklam verirsən. Bu eyni zamanda reklamı hardan verməlisən sualı üçün də keçərlidir.  Belə ki sən kütləni biləndən sonra fərqli yerlərdən reklamı da eyni qaydada yoxlamalısan. Çünki əsas yoxlamaqdır.

Gərək bütün vasitələri yoxlayasan və nəticələri müqayisə edəsən. Hansı markan üçün yaxşı nəticələr verirsə, həmin yolla davam edəsən. Konteksdən 3 cümləlik haşiyəyə çıxaraq deyək ki, bu targetə də aiddir. Elə olur ki, sənin həmişə verdiyin reklam targeti artıq həmişəki nəticəni vermir. Yəni kütlən “doymuş” olur. Ona görə də dəyişikliklərə getmək zəruri olur.

Bir sözlə, hökmlə nəyi isə dəqiq demək mümkün deyil. Məsələn, profil visit reklamları üçün Instagram daha uyğun olur. Əvvəldə dediyimiz kimi yoxlamaq lazımdır. Özümüzdə bununla bağlı təcrübə keçirdik. Belə ki mesaj reklamını həm “Ads Manager”dən, həm də “Instagram”ın özündən verdik. Nəticə olaraq Instagram daha uğurlu alındı. Bu, reklam verdiyiniz markanın fəaliyyət sahəsi ilə də bağlı olur. Amma heç vaxt demək olmaz ki, bura daha yaxşıdır və ya pisdir.  Yoxlamaq, yoxlamaq, yenə də yoxlamaq lazımdır!