Üzü kod görəndə gülən proqramistin kod yazanda diqqət etməli olduğu bəzi məsələlər var. Hansı ki proqramistlər ona "yaxşı kod" deyir. Diqqət edilməli 4 əsas məqamı qeyd etmək olar:
1. Təmiz kod yazmaq
Başqası sənin koduna baxanda onu o dəqiqə başa düşməlidir. Yeni bir əməliyyat edəcəksə, onu rahat şəkildə edə bilməlidir.
2. Güclü məntiq qurmaq
Hər saytın öz sahəsinə uyğun olaraq məntiq qurulmalıdır. Baza strukturu və admin panel istifadəçinin rahatlığını düşünərək tərtib edilməlidir.
3. Prosesi avtomatlaşdırmaq
İnsanların saatlarla görəcəyi işi bir klikə sığışdırmaq.
4.İstifadəçinin dostu olmaq
Yəni istifadəçi sayta daxil olanda ondan asanlıqla istifadə edə bilsin. Hər şey sadə və görünən olmalıdır.