Davamlılıq
SEO və SEM arasındakı ilk fərq qalıcılıqdır. Büdcəniz nə qədər çox olarsa, axtarış nəticələrində bir o qədər çox görünəcəksiniz, beləliklə, SEM ilə davamlılığınız büdcənizdən asılı olur. Büdcəniz bitəndə isə reklamınız dayanır və qalıcılığınız itir. SEO-da isə dəqiq və keyfiyyətli iş sayəsində mövqeyinizi düzəldə bilərsiniz. Səhv etmədiyiniz və alqoritm dəyişiklikləri ilə ayaqlaşdığınız müddətcə bu daimiliyi qoruya bilərsiniz.
Sürət
SEO və SEM arasındakı ikinci fərq sürətdir. SEM "SEO"dan daha sürətli nəticələr verir. Reklam kampaniyalarınızın nəticələrinə 1 gün ərzində baxa və metrikləri nəzərdən keçirə bilərsiniz. İstənilən vaxt reklamı dayandıra, fasilə verə və ya yenidən başlada bilərsiniz.
SEO isə uzunmüddətli iş tələb edir və bir gündə nəticə əldə etmək mümkün deyil. "SEO"nun təsirini və effektivliyini başa düşmək üçün 3-4 aylıq bir müddət keçməlidir.
Büdcə
SEO və SEM arasındakı fərqlərdən biri də büdcədir. SEM ilə müqayisədə SEO xidməti pulsuzdur. “SEM”də hədəflənən açar sözlərin klik başına düşən qiyməti digər reklamverənlərin təkliflərinə görə dəyişir və rəqabət səviyyəsi ilə arta bilər. Bir sözlə, SEM ödənişli, SEO isə ödənişsiz xidmətdir.
CTR (Click-through Rate)
Araşdırmalara görə, internet istifadəçiləri axtarış nəticələrinin 80%-də “SEO”ya, 20%-də isə “SEM”ə üstünlük verirlər. Çünki reklam kimi görünən saytlar etibarlı mənbə kimi görünmür və bu səbəbdən orqanik görünən veb-səhifələr daha çox tıklanır. Beləliklə, SEO və SEM arasındakı fərqlərdən biri kliklənmə faizidir.
Məzmun keyfiyyəti
“SEM”dəki məzmun kommersiya məqsədli olduğu üçün ziyarətçiləri qane etmir. "SEO"da isə əsas məqsəd istifadəçiyə fayda verməkdir. Bu da onlar arasındakı fərqlərdən biridir.
ERA Event Management System (EMS)
13 may, 14:55