SEO yönümlü bloqu necə yazaq?

SEO yönümlü bloqu necə yazaq?
  • 25 oktyabr 2022, 00:00
  • 0000, 00:00

SEO yönümlü bloqu necə yazaq?

SEO-nun nə olduğunu bildiyinizi düşünürük. Bu dəfə SEO bloq haqqında bir-iki ipucu bölüşmək istəyirik. SEO yönümlü bloqu belə yazaq:
 
  • Orijinal mətn yazın
Orijinal mətn Google üçün çox vacib meyardır. Başqa bir veb-saytın bloq yazısını kopyalamaq SEO baxımından yolverilməzdir. Kopyalanan mətn Google axtarışlarında birinci çıxsa da, plagiat olduğundan veb-saytınıza hansısa xeyri yoxdur. Ümumiyyətlə, Google mətnlərin bir-birinə 5-7% nisbətində oxşarlığını qəbul edir. Çünki mövzular eyni olanda müəyyən nisbətdə bənzərliyin olması normaldır. Lakin bu çox kiçik hissədir. Ona görə də bloq yazarkən orijinallığı ən yüksək səviyyədə saxlayın. 
 
  • Yazıya uyğun başlıqlar seçin
SEO-ya uyğun başlıq yazmaq qısa zamanda daha çox oxucuya çatmaq üçündür. Bloq üçün mövzu müəyyən etdikdən sonra bu mövzunun ən uyğun başlığını seçməlisiniz. Başlıqların açar sözləri əhatə etməsi vacibdir. Həm də mətnə uyğun və aydın olmalıdır. Əks halda, heç bir oxucu axtarışına aid olmayan başlıqlı yazını oxumaz.
 
  • Açar söz analizi edin
SEO-ya uyğun məqalə hazırlamaq istəyirsinizsə, ilk addım açar sözlərinizi yaratmaq olmalıdır. Mövzu ilə bağlı açar sözləri müəyyən etmək istəyəndə insanlar tərəfindən nələrin axtarıldığına və nə qədər olduğuna baxmaq lazımdır. Bloq hazırlayarkən açar sözlər üçün Google Keyword Planner, SEMRush, Long Tail Pro, Keywordtool.io, Ahrefs kimi vasitələrdən istifadə edə bilərsiniz.
 
  • Açar sözlərdən mütənasib istifadə edin
SEO yönümlü bloqunuzun daha çox istifadəçiyə çatmasını təmin edəcək ən böyük amillərdən biri mətndə açar sözlərdən istifadə etməkdir. Bloqun oxucunu darıxdırmaması üçün mətndəki sözlərin sayına mütənasib olaraq açar sözlərdən istifadə edilməlidir. Məsələn, 1000 sözdən ibarət məqalədə açar sözdən orta hesabla 8-9 dəfə istifadə edin.

Eyni zamanda açar sözlər mənalı və aydın cümlələrdə istifadə olunmalıdır.  Bu Google üçün vacib meyardır. Çünki açar sözlərin mənasız formada istifadə edildiyi mətn Google tərəfindən “spam” hesab edilir. Mövzunun davamı növbəti bloq yazımızda.