SEO yönümlü bloqu necə yazaq? Bloqumuzun davamı olaraq seo yönümlü mətnin yazılma qaydaları:
- Alt başlıqlardan istifadə edin
Alt başlıqlar oxucuların sıxılmaması üçündür. Mətndə başlıqlar qoyulmadan yazılmış uzun yazılar sıxıcı olur. Alt başlıqlardan istifadə həm oxucunun bloqa marağını artıracaq, həm də açar sözlərinizi önə çıxaracaq.
- Mövzunuza uyğun linkləri daxil edin
Saytdaxili bağlantıların yaradılması əvvəllər yazdığınız digər bloqların trafikini artırmaq üçün vacibdir. Xüsusilə iki əlaqəli mövzuda bloq yazdığınız vaxt bir-birilərinə keçid üçün link qoymağınız oxucuda maraq oyadacaq və onların veb-saytınızda daha çox vaxt keçirməsinə şərait yaradacaq.
- “Meta Description”u optimallaşdırın
Bu hissə “Google”də axtarış edəndə bloqun başlığı altında görünən informativ mətndir və oxucunun gördüyü ilk mətn olduğundan cəlbedici olmalıdır. Bu hissəni optimallaşdırarkən açar sözlərdən istifadə SEO üçün vacibdir. Maksimum 150 sözdən ibarət olmalıdır.
- Mətnə uyğun fotolardan istifadə edin
Xüsusilə bloq tipli yazılarda oxucunu sıxmamaq üçün şəkillərdən istifadə etmək faydalı olur. Mətndə uyğun fotoların istifadəsi SEO baxımından əhəmiyyətli olsa da, ölçülərinin də SEO ilə uyğunlaşması vacibdir. İstifadə edilən şəkil ölçülərinin böyüklüyü gec yüklənməyə səbəb olur, bu da istifadəçi itirmənizlə nəticələnə bilər. Buna görə də ölçü məsələsinə diqqət edin.
- Mətnin həcminə diqqət edin
Məqalənin 300 sözdən ibarət olması Google üçün çox vaxt kifayət olmur. Ümumiyyətlə, SEO-ya uyğun mətn orta hesabla 600 söz və ya daha çox olmalıdır. Bununla belə, mətnin həcmi seçdiyiniz mövzu ilə bağlıdır. Əgər mövzu genişdirsə, daha çox alt başlıq və sözlərdən istifadə edilməlidir.
2 hissəli yazımızı bir cümlə ilə belə tamamlaya bilərik: SEO yönümlü bloq doğru açar sözlərin orijinal mətndə işlənməsi qaydasıdır !