Təbii yolla şüuraltımıza daxil olan reklamlar- I hissə

  • Ana səhifə
  • Bloq
  • Təbii yolla şüuraltımıza daxil olan reklamlar- I hissə
Təbii yolla şüuraltımıza daxil olan reklamlar- I hissə
  • 17 noyabr 2022, 00:00
  • 0000, 00:00

Təbii yolla şüuraltımıza daxil olan reklamlar- I hissə

Google Ads reklamları içərisində Google Display marka bilinirliyi (brand awareness) üçün olduqca effektivdir. Çünki Google Display reklamları ilk növbədə istifadəçilərin şüuraltına işləyir. İstifadəçilər veb-saytlarda xəbər oxuyanda, alış-veriş edəndə, “Youtube”da videoları izləyəndə, mobil tətbiqdə vaxt keçirəndə banner reklamları ilə qarşılaşırlar. Bu reklamlar təbii yolla həyatımıza daxil olur. Yəni reklamı görmək üçün istifadəçidən nəsə istənilirmir və ya nəyəsə məcbur edilmir. Sizi maraq dairənizdə yaxalayır və reklamını edir. İstifadəçi bannerə klikləməsə də reklamı görür və bu ona indi lazım deyilsə belə şüuraltında qalır. Ehtiyacı yarandığı vaxtda ilk olaraq həmin brendin yada düşmə ehtmalı çoxdur. Buna görə də yeni yaranan brendi tanıtmaq, istifadəçiyə qəbul etdirməyin üsullarından biridir. Display reklamlarını verərkən bir nüansı heç vaxt unutmaq olmaz. Buradan satış (conversion) gözləməyin. Onsuzda işini bilən SEM bunu müştəriyə bildirir. 

Bu reklamlar brendinizlə maraqlana biləcək insanlara göstərilir. Belə ki keçmişdə brendinizlə bağlı məhsula və ya veb-sayta maraq göstərən istifadəçilər yenidən hədəflənir. Eyni zamanda "Audience manager" bölməsi ilə rəqib veb-saytlara ziyarət edənləri də hədəfləyə bilirsən. Bu reklamlarda ən vacib məsələ dil məsələsidir, daha doğrusu "Google"nin bannerdəki yazını təsdiq etməsidir. Çox vaxt Google dilə görə reklamları qəbul etmir. Bunu bannerlər hazırlanarkən nəzərə alın. 


Google Display reklamları üçün tövsiyələr
 
  • Bannerdəki yazılar cəlbedici olmalıdır;
  • Banner reklamlarınızı müxtəlif ölçülərdə hazırlada bilərsiniz;
  • Şəkilləriniz sadə, yüksək keyfiyyətli və sloqanlari aydın şəkildə olmalıdır.