Veb dəstək nədir və niyə lazımdır?

Veb dəstək nədir və niyə lazımdır?
  • 23 sentyabr 2022, 00:00
  • 0000, 00:00

Veb dəstək nədir və niyə lazımdır?

Veb-saytınız avtomobil kimidir, ona vaxtlı-vaxtında qulluq edilməsə, texniki xidmət göstərilməsə, xarab olması qaçınılmazdır. Buna görə sayt hazır olduqdan və istifadəyə verildikdən sonra veb dəstəklə təmin edilməsi mütləqdir. Veb dəstək saytın gələcəkdə nəzərdə tutulduğu kimi işləməyə davam etməsi deməkdir. Görülən bütün işlərin uzunömürlü olmasını istəyərsinizsə, bunun ən yaxşı yolu davamlı texniki dəstəkdən keçir. Veb dəstək bir sıra xidmətləri həyata keçirir. O, tələb etdiyiniz kimi veb-saytınızı yeniləyə və dəstəkləyə bilər.
 
  • Veb-sayt sürətinin yaxşılaşdırılması
İstifadəçilərin 25%-nin veb-sayt gec yüklənəndə 3 saniyədə saytdan çıxdığını bilirdinizmi? Səhifənin yüklənməsi məsələsi, şübhəsiz ki, istifadəçi üçün vacibdir. Bununla belə, funksionallıq və ya estetik görüntü da istifadəçinin saytda qalmasına səbəbdir. Əslində, ziyarətçilər üçün əsas məsələ istədikləri məlumatı mümkün qədər tez əldə etməkdir. Nəzərə alınmalı olan digər vacib amil saytın sürətinin axtarış brauzerindəki reytinqinizə necə təsir etməsidir. Saytın sürətinin yavaş olması “bounce rate”in çox olmasına səbəb olur. Onda da Google veb saytınızın vacib olmadığını düşünür və reytinqini aşağı salır.
 
  • HTML xətalarının düzəldilməsi
 Saytın yaxşı işləməsini təmin etmək üçün detallara diqqət yetirməlisiniz. Kiçik bir səhv kimi görünə bilən nüans qeyri-adi görünən səhifələr, çatışmayan multimedia və s. kimi bir sıra problemlərə səbəb ola bilər. Etibarlı veb-sayt dəstəyi HTML ilə bağlı problemləri yoxlaya, tapa və həll edə bilməlidir.
 
  • Faylların nüsxələnməsi
Təsəvvür edin ki, veb saytınızın bütün vacib faylları itirilib. Bunlar şəkillər, səhifələr, bloq yazıları və s. ola bilər. Ona görə də məlumatların nüsxələnməsi vacibdir. Veb dəstək fayl və verilənlər bazasının ehtiyatlarını ən azı həftəlik olaraq avtomatik nüsxələyir.
 
  • Axtarış motorunun optimallaşdırılması
Axtarış qabiliyyətinin yaxşılaşdırıla biləcəyi sahələr üçün veb saytınızı müntəzəm olaraq yoxlamaq, optimallaşdırmaq lazımdır. Bloq yazılarınız rəqabətli açar sözlər daxil etmək üçün dəyişdirilə bilər. Bu vaxt da veb dəstək vacibdir.