Yaxşı sayt hansı kriteriyalara sahib olmalıdır?

Yaxşı sayt hansı kriteriyalara sahib olmalıdır?
  • 6 oktyabr 2022, 00:00
  • 0000, 00:00

Yaxşı sayt hansı kriteriyalara sahib olmalıdır?

Dünyanın ən yaxşı saytları hansıdır?- bu sualın cavabı mübahisəlidir. Çünki zövqlər və qiymətləndirmə meyarları müxtəlifdir. Bəziləri saytı dizaynına, bəziləri funksionallığına və ya sürətinə görə yaxşı hesab edir. Bizim üçün yaxşı sayt nədir?Hansı kriteriyalar var? Biz də yaxşı hesab etdiyimiz 2 saytın fonunda bunun nə demək olduğunu sizin üçün araşdırdıq.

Amazon.com

Amazon.com dünyanın ən böyük və ən populyar e-ticarət saytlarından biridir. O, bunu yaxşı funksionallıq və müştəri xidməti, istifadəçilər üçün almaq, satmaq imkanı, məhsulların geniş seçimi vasitəsilə edib. Amazon qlobal məlumat mərkəzlərindən 200-dən çox xidmət təklif edən dünyanın ən əhatəli bulud platformasıdır. Milyonlarla müştəri, o cümlədən sürətlə inkişaf edən startaplar, ən böyük müəssisələr və aparıcı dövlət agentlikləri xərcləri azaltmaq, daha çevik olmaq və daha sürətli innovasiyalar etmək üçün Amazondan istifadə edir. Bu platformada çeşidlər, bölmələr çox olduğundan məntiqin qurulması da asan deyil. Funksionallıq; ən böyük müştəri bazası; ən təhlükəsiz; ən sürətli innovasiya tempi ilə rəqiblərini kölgədə qoyur.

Boooking.com

1996-cı ildə Amsterdamda qurulan Booking.com kiçik Hollandiya startapından dünyanın aparıcı rəqəmsal səyahət platformasına çevrildi. Booking Holdings Inc.-in bir hissəsi olan Booking.com-un missiyası hər kəsin dünya ilə tanış olmasını asanlaşdırmaqdır. Səyahət vaxtı yaşayış yeri çətinliyini aradan qaldıran Booking.com milyonlarla səyyahı unudulmaz təcrübələr, müxtəlif nəqliyyat seçimləri və qalmaq üçün inanılmaz yerlərlə birləşdirir. Booking.com 43 dildə mövcuddur və 6,2 milyondan çox ev, mənzil və qalmaq üçün digər unikal yerlər daxil olmaqla, 28 milyondan çox yaşayış yeri təklif edir.

Milyonlarla səyahətçiyə mükəmməl xatirələr yaradan sayt çox sürətli işləyir. Bu da onu bizim üçün ən yaxşı saytlardan birinə çevirir. Axtarış etdiyin vaxt bir kliklənmə ilə anında istədiyinə çatırsan, hansısa gecikmə, donma halları baş vermir. Bunun da səbəbi kodun təmiz yazılmasıdır. 

Bu 2 saytın timsalında yaxşı sayt üçün ümumi kriteriyaları göstərdiyimizə ümid edirik.