Bu veb-sayt Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan, ingilis və rus dillərində hazırlanan veb-sayt Azərbaycana səfər etmək istəyən əcnəbilərin rahatlığının təmin olunması məqsədilə ölkənin miqrasiya qanunvericiliyi, biznes mühiti və turizm imkanları ilə bağlı zəruri məlumatları sadə formada istifadəçilərə təqdim edir.