TelSat.az

TelSat.az
  • 0000, 00:00
  • 0000, 00:00
  • Elan saytları

TelSat.az

ERAsoft olaraq Azərbaycanın mobil telefon və elektronika elanları platforması olan TelSat.az üçün geniş funksional onlayn marketplace sistemi hazırladıq.

TelSat.az istifadəçilərə mobil telefonlar, kompüter və planşetlər, smart cihazlar, aksesuarlar, mobil nömrələr və mağaza məhsulları üzrə elanlara baxmaq, elan yerləşdirmək və satıcılarla əlaqə saxlamaq imkanı verir.

Layihədə həyata keçirilən həllər

  • ERA Classifieds Engine üzərində qurulmuş elan və marketplace platforması;
  • Mobil telefonlar, kompüterlər, planşetlər, smart cihazlar və aksesuarlar üçün məhsul kataloqu;
  • Mobil nömrələr üçün ayrıca satış və sifariş bölməsi;
  • Elanların yerləşdirilməsi üçün ətraflı form və kateqoriya əsaslı sahələr;
  • Məhsul və elanların texniki xüsusiyyətlərlə təqdim olunması;
  • Elan detalları, fotoqalereya və oxşar məhsullar bölməsi;
  • VIP və Premium elan xidmətləri;
  • Mağaza və şirkət profillərinin yaradılması;
  • İstifadəçi kabineti, elanların idarə olunması və mesajlaşma;
  • Elan verən şəxslə telefon və digər kanallar vasitəsilə əlaqə;
  • Responsive və mobil cihazlara uyğun interfeys;
  • Elanların, məhsulların, istifadəçilərin, mağazaların və məzmunun admin paneldən idarə olunması.

Layihə ERA Classifieds Engine infrastrukturu əsasında PHP, MySQL, SQL, jQuery, JavaScript, HTML, CSS, Bootstrap və Sass/SCSS texnologiyaları ilə hazırlanıb.

Texnologiyalar:
  • ERA Classifieds
    ERA Classifieds
  • Bootstrap
    Bootstrap
  • Sass/SCSS
    Sass/SCSS
  • JQuery
    JQuery
  • JavaScript
    JavaScript
  • PHP
    PHP
  • HTML
    HTML
  • CSS
    CSS
  • SQL
    SQL
  • MySQL
    MySQL