Veb dizayn (UI/UX)
Veb - saytın estetikası birbaşa istifadəçinin sayt və şirkət haqqında fikrinə təsir edir. Bu da veb - dizaynın əhəmiyyətini artırır. Veb-dizaynla məşğul olan veb dizayner veb-saytın tərtibatını və dizaynını yaradır. İstifadəçi üçün istifadə məntiqini qurur. Yəni istifadəçi sayta girəndə rahat hərəkət edə bilsin. Saytın eskizini tərtib edir və gördüyünüz bütün elementləri veb dizayner hazırlayır. Yaxşı veb dizayn istifadəsi asan, estetik cəhətdən xoşdur və istifadəçi kütləsinə, brendinə uyğundur. Veb dizaynın əsas məqsədi hədəf auditoriyanın etimadını qazanmaqdır.
UI (User interface) saytın rəngini, şriftini, ölçüsünü, formalarını müəyyənləşdirir.
UX (User Experience) saytdakı elementləri istifadəçinin rahatlığı üçün qurur. Veb dizayner bu işlərin hər ikisi ilə məşğul olur.