2023-cü ilin veb hostinq trendləri

2023-cü ilin veb hostinq trendləri
  • 2 mart 2023, 11:24
  • 0000, 00:00

2023-cü ilin veb hostinq trendləri

Veb hostinq trendlərini 2023-ci il üçün araşdırdıq. Ən son veb hostinq trendlərindən xəbərdar olmaq ideal hostinqi seçməyin üçün vacibdir. Çünki veb-saytı işə salmazdan əvvəl etibarlı hostinq provayderi seçmək görəcəyiniz birinci işdir. Seçim edərkən bu veb hostinq tendensiyalarını nəzərə alın.
 
  • İdarə olunan veb hostinq
Veb hostinq provayderləri e-poçt hesablarının qurulması və idarə edilməsi, ehtiyat nüsxəsi və təhlükəsizliyi, veb- saytın inkişafı, qrafik dizayn və kiçik bizneslərin onlayn formada böyüməsinə köməkçi olacaq hər şeyi idarə olunan hostinq xidmətlərinin bir hissəsi kimi təklif edir. Məhz bu artan ehtiyac və tələb səbəbindən idarə olunan veb hostinqin 2020-ci ildə 223 milyard dollar olan bazar payının 2025-ci ilə qədər 329,1 milyard dollara yüksələcəyi təxmin edilir.
 
  • Bulud hostinqi
Veb-saytların tək fiziki server yerinə server şəbəkəsində yerləşdirilməsini tələb edən bulud hostinqi bu il geniş şəkildə tətbiq olunacaq. Çünki bulud hostinqi bir sıra üstünlüklərlə gəlir, bunlardan ən diqqətəlayiqi etibarlılıq və büdcə səmərəliliyidir.
 
  • Təhlükəsizlik
Kibertəhlükəsizliyin veb hostinq sənayesinə getdikcə daha çox təsir etməsinin səbəblərindən biri kiçik biznes saytlarının kiberhücumlardan daha çox təsirlənməsidir. Buna görə də hostinq planını satın almadan əvvəl SSL (Secure Sockets Layer) şifrələməsi və təhlükəsizliyini təmin edən veb hostinq xidməti seçdiyinizə əmin olun.
 
  • Süni intellekt (AI)
Veb hostinqdə süni intellektin istifadəsi yeni təcrübə deyil, lakin şübhəsiz ki, ən sürətli inkişaf edənlərdən olacaq. Veb hostinq provayderləri qabaqcıl AI alətləri ilə performansın azalmasının qarşısını almaq və dərin trafik təhlil haqqında avtomatlaşdırılmış xəbərdarlıqlar təqdim edə bilər. Süni intellekt həmçinin potensial problemləri müəyyən etməyə və onların baş verməsinin qarşısını almağa kömək edən özünü sağaltma sistemlərini işə sala bilər.
 
  • 5G
2023-cü ildə 5G şəbəkəsinin yerləşdirilməsinin veb hostinqə böyük təsir göstərəcəyi proqnozlaşdırılır. Daha yüksək sürət və daha az gecikmə nəticəsində 5G yeni hostinq texnologiyalarının və kənar hesablama kimi həllərin tətbiqinə imkan verəcək.
 
  • Konteynerləşmə
Proqram təminatını işə salmaq üçün lazım olan hər şeyi ehtiva edən kiçik, müstəqil və portativ paketlər olan konteynerlərin istifadəsinin bu il daha çox yayılacağı proqnozlaşdırılır. Soruşursan niyə? Çünki konteynerlər hostinq infrastrukturlarının səmərəliliyini və miqyasını artıracaq.
 
  • Hibrid hostinq
2023-cü ildə bulud və yerli hostinq kimi müxtəlif hostinq həllərinin birləşməsini ehtiva edən hibrid hostinqin getdikcə daha çox yayılacağı proqnozlaşdırılır. Bulud hostinqinin genişlənməsi yerli hostinqin nəzarəti və təhlükəsizliyi ilə birlikdə hibrid hostinqi hər iki dünyanın ən yaxşısını istəyən bizneslər üçün cəlbedici seçimə çevirəcək.