Ümumiyyətlə, Tədbir İdarəetmə Sistemi bütün işlərinizi idarə etmək üçün vahid platformadır. İstifadəsi asan platforma tapşırıqları avtomatlaşdırır və prosesləri rahatlaşdırır. Yəni bir tıkla təkmilləşmiş kommunikasiya, sadələşdirilmiş idarəetmə təklif edir.
Sistemin özəyini formlar təşkil edir. Hansı ki müştərinin istəyinə uyğun olaraq əlavə edilir. İdarəetmə də admin paneldən aparılır. Formlarımız fotodan da göründüyü kimi istənilən strukturda hazırlana bilir. Siz necə istəyirsinizsə, o tipdə təqdim edilir. Hər tədbirin öz məqsədi var və formlarda ona uyğun tərtib edilir. Müştəri nəyi vacib hesab edirsə, həmin punktlara xüsusi nişan vurulur. Yəni onları doldurmadan qeydiyyat mümkün olmur. Qurduğumuz sistem təkrarçılığın qarşısını alır, eyni şəxsin 2-ci dəfə qeydiyyatına imkan vermir.

İştirakçılar və ziyarətçilər qeydiyyata düşdükdən sonra öz şəxsi kabinetləri yaranır. Sistemimizin yaratdığı onlayn imkanlar hesabına sərgidə nə görmək istəyirlərsə, buradan istədikləri sifarişləri verə bilirlər. Sistemimizin üstünlüyü budur ki, üzbəüz, ənənəvi hansısa əlaqə vasitəsinə ehtiyac yoxdur, yalnız onlayn sistemlə bütün işləri həll etmək mümkün olur. Sistemin prosesi belə avtomatlaşdırması, insan faktorunu aradan çıxarması qurduğumuz sistemin necə işlək, çoxfunksiyalı olduğunun göstəricisidir. Qurduğumuz bu funksionallıq sistemi bir çox təhlükələrdən, işbazlardan qoruyur.
Eyni zamanda standlar üçün qurduğumuz qeydiyyatdan da şirkətlər rahatlıqla keçərək məhsullarını sərgiləyə bilir. ERA Event Management System (EMS) sistemində iştirakçılar və ziyarətçilər üçün ayrıca qeydiyyat sistemi var. Təbii ki, bu da müştərinin seçimidir. İştirakçılar ödəniş edərək sərgidə məhsullarını satmaq istəyənlər, ziyarətçilər isə sadəcə izləməyə gələnlər olur.
Bizim bu sistemi “Caspian Event Organisers” (CEO) şirkəti keçdirdiyi bir çox tədbirə tətbiq edib. ceo.az Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır. “ADEX” Beynəlxalq Müdafiə Sərgisi, "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı, “EduExpo” Azərbaycan Beynəlxalq Təhsil Sərgisi, "BakuBuild" Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Interfood Azerbaijan” Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və digər bu kimi tədbirlərin təşkili məhz bizim sistemlə aparılıb. Dövlət əhəmiyyətli tədbirlərin ERA “EMS”lə həyata keçirilməsi sistemimizin peşəkarlığını bir daha göstərir.
Artıq ERA EMS təkcə ölkədaxili yox, ölkəxarici şirkətlərin tədbirlərini də təşkil edir. icaevents.com.tr Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz bazarında beynəlxalq ticarət sərgisi və konfranslarının aparıcı təşkilatçılarından biridir.
Onun ERA Event Management System (EMS) üzərindən təşkili edəcəyi ilk sərgisi "WorldFood Istanbul" olacaq. Türk qida sənayesinin beynəlxalq görüş nöqtəsi olan WorldFood İstanbul 6-9 Sentyabr 2023-cü il tarixləri arasında qida dünyasına bir çox yeni məhsul və ən son texnologiyaları təqdim etməyə hazırlaşır.
Bununla da “ERA EMS”dən istifadə edən ölkələrin sayı Azərbaycan, Özbəkistan, Türkiyə olmaqla 3-ə çatdı. Sayın 3 də qalmayacağına, daha çox ölkənin işinə yarayacağına əminik.