Kargolux.az saytını necə hazırladıq?

Kargolux.az saytını necə hazırladıq?
  • 2 avqust, 15:43
  • 0000, 00:00

Kargolux.az saytını necə hazırladıq?

Kargolux ölkənin məşhur kargo saytlarından biridir, Azərbaycanda fəaliyyət göstərən kargo şirkətləri arasında xüsusi yer tutur. Kargolux.az Türkiyədən Azərbaycana sürətli, endirimli qiymətlərlə kargo sifarişini həyata keçirir. Layihənin sifarişi bizə gələndə kargo sahəsində kifayət qədər təcrübəli IT komandamız onu sıfırdan, müştərinin texniki tələblərinə uyğun formada hazırladı. İndi isə veb-saytı hazırlayarkən development mərhələsində nələri işlədiyimizdən danışaq.

50 nəfər işçi/operator heyəti və ölkədaxili filialları, xarici ölkə anbarı üçün nəzərdə tutulan control panel var. Xatırladaq ki, işçilərin yarısı ölkəxaricində fəaliyyət göstərir və onların hər biri üçün individual admin panel hazırlanıb.

- Control panel daxilində ERP, CRM, CMS, hesabatlılıq, statistika həlləri kimi vacib sistemlər var. Bu sistemlər vasitəsilə gündəlik əməliyyatların idarə edilməsi, şirkətin müştərilərlə qarşılıqlı əlaqəsi, məlumatların idarə edilməsi, lazımsız tapşırıqların azaldılması, potensial müştərilərin prioritetləşdirilməsi, veb-saytın idarə edilməsi kimi məsələlərin həllini rahatlaşdırır.

- Dövlət Gömrük Komitəsi daxilində SmartCustoms sistemi ilə inteqrasiya olunan ilk kargo şirkətidir. Hətta SmartCustoms sistemi qurularken IT komandamız bu sistemin inkişafı və düzgün strukturunun qurulması üçün öz həll və təkliflərini verib.

- Müştəri panelində Azn və türk lirəsi balans sistemi, bağlamaları idarə etmək, izləmək, kuryer, link sifarişi vermək kimi çoxlu funksiyalar mövcuddur. Bu funksiyalar vasitəsilə istifadəçinin işi asanlaşır və saytdan çıxmadan bütün prosesləri həyata keçirir. Öz sifarişinə nəzarət edə bilir.

- Cross-platform əsaslı mobil tətbiq və bu tətbiq üçün API sistemi var.

- Layihənin server tərəfi xüsusi server daxilində hazırlanıb və sırf müştərinin bu layihəsi üçün istifadə edilir. Təcrübəli DevOps mütəxəsisslərimiz müştərinin serverinə hər gün texniki nəzarət, monitorinq keçirir, təhlükəsizlik tərəfdən texniki dəstək göstərir. Ən son server texnologiyaları əsasında müştərinin proqram təminatı təkmilləşdirilir.

- Məlumat bazası milyonlarla məlumatı çox rahatlıqla saxlaya bilir. Yəni müştəri datasının çoxalması veb-saytı yükləməyəcək, onun sürətinə hansısa mənfi təsir göstərməyəcək.

- Layihə 3 ildən artıqdır ki, bazarda fəaliyyət göstərir və müştərilərin sınağından uğurla keçə bilib, deyə bilərik. Çünki bazarda kifayət qədər güclü rəqiblər var və onların arasında parlamağı bacarıb. Bunun 90%-i qurduğumuz sistemlə bağlıdır deyə bilərik və qurduğumuz sistemdə müştəri datasının təhlükəsizliyinə xüsusi diqqət etmişik. Belə ki proqram təminatını kargo biznesinin nüvəsi adlandıra bilərik, çünki bu sahədə bütün biznes prosesi proqram təminatının üzərində qurulur.

ERAsoft komandası olaraq kargo sistemində rəqabətin güclü olduğunu bildiyimiz üçün durmadan yeniliklər və təkmilləşdirmələrlə sistemi daha da gücləndiririk.