Rənglər güclü simvolik mənalar daşıyır və brendlər rənglər vasitəsilə müştərilərə müəyyən mesaj vermək üçün istifadə edirlər. Rənglər brendin imicinə və tanınmasına çox təsir edə bilir. Bəs rənglərin tarixini bilirsiniz, neçə rəng var? Məşhur ingilis fiziki Nyuton kəşf edib ki, təbiətdə rəng yoxdur. Sadəcə günəş işığı atmosferə daxil olanda qırılır və göy qurşağının rənglərini yaradır: Qırmızı, narıncı, sarı, yaşıl, mavi, bənövşəyi, göy. Brendlər də rəng seçimi edəndə onun qlobal mənasından istifadə edir. Brendi ifadə etməsini istəyir. Biz də bu dəfə sizin üçün rənglərin mənası və istifadə sahələrini araşdırdıq.
- Qırmızı rəngin bir çox məna çalarları var və loqolarda istifadə edildiyi zaman fərqli mənalarda işlənir. Ümumiyyətlə, qırmızı diqqəti ən tez çəkən rənglərdən biridir, ehtirası, cəsarəti, sevgi və romantikanı ifadə edir. Təbii ki, hər ölkənin mədəniyyətində rəngin mənası fərqli ola bilər. Lakin ümumi olaraq bu rəng əyləncə, yemək sektoruna uyğundur. Coca Cola, Netflix kimi qlobal brendlər də rəngin əfsusundan yararlanıblar. Milli brendlər Socar, Bakcell, Kapital bank da rəngin yaratdığı həmin cəlbediciliyə şərik olub.
- Mavi inamın, etibarın rəngidir. Maliyyə, texnologiya, səhiyyə sahələrində istifadəsi uğurludur. Elə beynəlxalq brendlər də Samsung, Twitter, Facebook, Ford mavi rəngin sehrinə düşüblər və loqolarında istifadə ediblər. Bayrağımızda da olan bu rəng bizdə türkçülüyü ifadə edir. Bu da onu göstərir ki, bizdə istifadə olunan mənası qloballa eyni deyil. Milli brendlərimizdən isə nümunə olaraq şirkətimizin loqosunu nümunə göstərə bilərik.
- Yaşıl harmoniyanın, cəsarətin, təbiətin rəngidir. İnsana dinclik verir. Bankçılıq, tibb sektoru, supermarketlərdə istifadə edilir. Carlsberg, Starbucks, BP, Spotify, Heineken, Mırında kimi qlobal brendlərin rəngidir, bizdə də Bravo bu rəngdən istifadə edib.
Gördüyünüz kimi brendlərin heç biri bu sahələrə aid deyil. Ona görə rəng məsələsində dəqiq hökm yoxdur. Həm də qloballaşan dünyada bir çox qayda öz əhəmiyyətini, daha doğrusu mütləqiyyətini itirib. Belə görünür ki, rənglər də buna aiddir.
- Bənövşəyi lüks, elit təəssürat yaratmaq üçün istifadə edilir. Adətən psixologiya və din sektorunda işlənir. FedEx, Yahoo kimi xarici brendlər rəngin daşıyıcısıdır, milli brendlərdən isə Azercell, AzərTürkBank.
- Qara güc, rəsmiyyət deməkdir. Qədim tarixdə yas və hüznün ifadəsi olub, texnologiya və idman sahəsində daha çox istifadə edilir. Ölkəmizdə qara elit rəng hesab edilir. Gazelli Group, Baku jurnalı kimi milli brendlər bu elitlikdən istifadə edib. Adidas, Louis Vuitton, Nike, Amazon kimi qlobal brendlər rəngin sadəliyindən və əzəmətindən istifadə edib. Qara- sadə və tək, sadə və özdür.
- Narıncı diqqət çəkmək, azadlıq, yaradıcılığı ifadə edir. İncəsənət, əyləncə, idman sektorunda öz sözünün deyir. MasterCard, Fedex, Fanta, Trendyol, MC donalds kimi dünya brendləri istifadə edir. Unibank, tap.az kimi milli brendlərimizdə bu diqqətçəkici rəngdən yan ötməyib.
Əlbəttə, rənglərin mənaları daha çox işlədiyin yerin mədəniyyətinə görə dəyişə bilər və bir brend logoda rəngi istifadə etmədən əvvəl hədəf auditoriyasına uyğun olduğundan əmin olmalıdır.
ERA Event Management System (EMS)
28 avqust, 14:55