Peugeot.az veb-saytını necə hazırladıq: Nələrə diqqət etdik?

  • Ana səhifə
  • Bloq
  • Peugeot.az veb-saytını necə hazırladıq: Nələrə diqqət etdik?
Peugeot.az veb-saytını necə hazırladıq: Nələrə diqqət etdik?
  • 22 may, 14:27
  • 0000, 00:00

Peugeot.az veb-saytını necə hazırladıq: Nələrə diqqət etdik?

Bu dəfə qlobal avtomobil brendlərdən biri üçün hazırladığımız veb-saytın yığılma prosesindən danışacağıq. Təxminən 2 əsrlik tarixi olan məşhur fransız markası pejo avtomobilləri üçün Peugeot.az veb-saytını hazırladıq. Keçən il təhvil verdiyimiz Peugeot.az saytı Peugeot şirkətinin Azərbaycandakı rəsmi distribütorudur. Bizə bu sifariş veriləndə əsas diqqət etdiyimiz qlobalda tanınan markanın bütün ehtişamını qoruyaraq bizim versiyanı yaratmaq və istifadəçilərin xarici ölkə versiyalarına getmədən istədiyini bizdə tapması idi. Bunu bacardığımızı da deyə bilərik. Hazırlanma müddəti 45 iş günü təşkil edən veb-saytda nələrə diqqət etdik:
 

  • Sifariş vaxtı istənilən əsas məsələ
  • Hazırlayarkən diqqət etdiklərimiz
  • İstifadə etdiyimiz proqramlaşdırma dilləri


Sifariş vaxtı istənilən əsas məsələ

Əsas məsələ müasir texnologiyalara cavab verən, yaxşı istifadəçi interfeysi təqdim edən və global Peugeot şirkətinin branding guadline-larını qoruyan, bütün Azərbaycan bazarına uyğun və hər bir istifadəçinin rahatlığına uyğun veb - sayt yaratmaq idi. Bizim əsas hədəfimiz müştərilərimizin pejo avtomobillərini daha asan, rahat tapması idi.



Veb-saytın növü

Bu veb- saytın məqsədi Peugeot markasını Azərbaycanda daha da tanınmış və çox istifadə olunan brendə çevirməkdir. Veb-saytın növünə gəldikdə nə e-ticarət, nə portfolio, nə də korporativdir. Peugeot.az saytı interaktiv xidmətlər və digər faydalı məlumatlarla birlikdə pejo avtomobillərinin model və yeniliklərinin geniş seçimini təqdim edir.

 

Hazırlayarkən diqqət etdiklərimiz

Biz saytın hazırlanmasında əsasən istifadəçi təcrübəsi, saytın sürətliliyi və SEO optimallaşdırması kimi məsələlərə diqqət etdik. Istifadəçilər üçün sadə və asan istifadə edilə bilən interfeys, yaxşı sayt sürəti üçün ən yaxşı texnologiyaların seçimi, faylların sıxılması və daha çoxunun tətbiqi, saytın axtarış motoru optimallaşdırılması üçün SEO tədbirlərinin tətbiqi kimi məsələlər bizim üçün vacib idi. Biz peugeot.az saytını istifadəçilərə rahat və yaxşı təcrübə təqdim etmək, vaxtını daha səmərəli keçirməsinə və yüksək axtarış nəticələrinə sahib olmaq üçün hazırladıq.

Veb-sayt Peugeot şirkətinin bütün dünyada istifadə edilən veb-saytlarına uyğun olaraq hazırlanıb. Lakin bu o demək deyil ki, bizim bazar düşünülməyib. Saytda Azərbaycan bazarına uyğun məlumatlar, kampaniyalar və təqdimatlar da yer alır. Yüksək keyfiyyətli şəkillər, videolar və məlumatlar təqdim edilib. Peugeot.az yüksək sürətli, tənzimlənəbilən və SEO uyğun optimizə edilmiş veb-saytdır.

Peugeot.az saytı UK (Böyük Britaniya), TR (Türkiyə) versiyaları başda olmaqla bütün dünyada versiyaları var. Şirkətin distribütor olduğu bütün ölkələrdə eyni veb-sayt tətbiq edilir. Lakin saytın məzmunu və fotoları ölkəyə və ölkənin bazarına uyğun şəkildə tənzimlənir. 

İstifadə edilən proqramlaşdırma dilləri

Front-end hissələri üçün HTML, CSS, JavaScript, AJAX və Bootstrap, Back-end hissələri üçün isə PHP Core proqramlaşdırma dili istifadə edilib. Front-end hissələri saytın dizaynını və interfeysini təmin edir, hərəkətlərin tətbiqini idarə edir, məlumatların təqdim edilməsini idarə edir. Back-end hissələri isə saytın dinamik funksiyalarını təmin edir, yoxlamaq və yadda saxlamaq üçün verilənlər bazası ilə əməkdaşlıq edir. 

Bütün dünyanı öz cazibəsinə salan pejo avtomobilləri üçün hazırladığımız veb-sayt da həm görünüşü, həm də funksionallığı ilə bu ənənəni davam etdirib.