Bütün sahələrdə olduğu kimi kod dünyasında da yeniliklər işıq sürəti ilə baş verir və bunlardan geri qalmaq proqramistin bazardakı tələbatlılığını azaldır. Bu yazımızda back-end “developer”lərin istifadə etdiyi Python və PHP proqramlaşdırma dillərini müqayisə edəcəyik.
Qısa məlumat
PHP 1995-ci ildə hazırlanıb. Dinamik veb-sayt və ya veb proqram hazırlamaq üçün istifadə olunur. PHP əsas əməliyyat sistemlərindəki bütün veb serverlərə asanlıqla inteqrasiya oluna bilir.
Python isə yüksək səviyyəli obyekt yönümlü proqramlaşdırma dilidir. O, dinamik yazma, bağlama ilə birləşmiş daxili məlumat strukturlarına malikdir və bu, onu ideal seçim edir. Python həmçinin modullar və paketlər üçün dəstək təklif edir ki, bu da sistemin modulluğuna və kodun təkrar istifadəsinə imkan verir. Çox az kod sətirləri tələb etdiyi üçün ən sürətli proqramlaşdırma dillərindən biridir.
Əsas xüsusiyyətlər
Python: sürətli inkişaf, dinamik yazma;
PHP: Açıq mənbə, asan yerləşdirmə, davamlı təkmilləşdirmələr;
Öyrənmə
“Python”u uzunmüddətli layihələrdə öyrənmək daha yaxşıdır;
Əgər Html və Javascript bilirsinizsə, PHP öyrənmək asandır;
Frameworks
Populyar PHP frameworks Laravel və Slimdir;
Populyar Python frameworks Flask, DJango-dur;
Oxunaqlılıq
Python PHP-dən daha oxunaqlıdır;
PHP dili yüksək səviyyədə sənədləşdirilib və klassik yanaşmaya uyğundur;
Sintaksis
Python: Kodları çox aydın və sintaksisi qısadır;
PHP: Geniş çeşiddə adlandırma funksiyası var;
Növ
Python ümumi məqsədli proqramlaşdırma dilidir. Big Data əsaslı proqramlar, süni intellekt üçün uyğundur;
PHP veb proqramlaşdırmaya əsaslanan server tərəfli skript dilidir;
Verilənlər bazası bağlantısı
PHP ilə 20-dən çox müxtəlif verilənlər bazasına daxil olmaq mümkündür;
Pyton PHP kimi geniş verilənlər bazası bağlantısını dəstəkləmir;
Bu dillərdən istifadə edən məşhur şirkətlər
Python: Uber, Pinterest, Mozilla;
PHP: Facebook, Wikipedia, Canva, Spotify;
Vebsayt Dizaynında İstifadəçi Təcrübəsinin (UX) Önəmi
5 sentyabr, 09:55