ERAsoft olaraq şirkətlərin müştəri xidmətlərini avtomatlaşdırmasına, satış imkanlarını artırmasına və bütün yazışmaları vahid mərkəzdən idarə etməsinə imkan verən AIChatBot.az platformasını hazırladıq.
AIChatBot.az veb-saytlar və rəqəmsal platformalar üçün süni intellekt əsaslı chatbot, canlı operator paneli, lead toplama, bilik bazası, səsli mesajların emalı, çoxkanallı kommunikasiya və API inteqrasiyalarını bir sistemdə birləşdirən SaaS platformasıdır.
Layihədə həyata keçirdiyimiz həllər
- Süni intellekt əsaslı chatbot – müştəri suallarının şirkətin məlumatları əsasında avtomatik və kontekstə uyğun cavablandırılması;
- Çoxlayihəli SaaS infrastrukturu – bir hesabdan fərqli saytların, domenlərin və chatbot layihələrinin idarə olunması;
- Sayta yerləşdirilən chatbot vidceti – dizaynı və davranışı fərdiləşdirilə bilən, istənilən sayta əlavə olunan kommunikasiya modulu;
- Canlı operator paneli – chatbot danışıqlarının operatora ötürülməsi və müştərilərlə real vaxt rejimində yazışma;
- Bilik bazası – mətnlər, FAQ, sənədlər, məhsullar və digər məlumatlar əsasında AI cavablarının hazırlanması;
- Lead toplama sistemi – potensial müştərilərin ad, telefon, e-poçt və müraciət məlumatlarının avtomatik qeydə alınması;
- Səsli mesaj dəstəyi – müştərilərin göndərdiyi səsli mesajların tanınması və məzmun əsasında cavablandırılması;
- Şəkil analizi – istifadəçinin yüklədiyi şəkillərin AI vasitəsilə təhlil edilməsi;
- Çoxkanallı kommunikasiya – veb-sayt, WhatsApp, Facebook və Instagram kanallarından daxil olan müraciətlərin idarə olunması;
- Xarici API inteqrasiyaları – CRM, məhsul kataloqu, sərgi, satış və digər biznes sistemlərindən real vaxt məlumatlarının alınması;
- Analitika və hesabatlar – söhbətlərin, istifadəçi aktivliyinin, AI istifadəsinin və lead-lərin statistikası;
- Paket və limitlərin idarə olunması – chatbot, domen, token və xidmət limitlərinin avtomatik izlənməsi;
- Real-time sistem – Socket texnologiyası vasitəsilə yeni mesajların və operator statuslarının ani yenilənməsi;
- Çoxdilli interfeys – fərqli dillərdə chatbot cavabları və idarəetmə imkanı;
- Responsiv idarəetmə paneli – desktop, planşet və mobil cihazlara uyğunlaşdırılmış interfeys.
ERAsoft komandası olaraq AIChatBot.az layihəsinin veb-saytını, istifadəçi kabinetini, chatbot vidcetini, operator panelini, backend sistemini, Socket infrastrukturunu və AI inteqrasiyalarını vahid ekosistem şəklində hazırladıq.
Texnologiyalar:
-
Socket.IO
-
Node.js
-
Bootstrap
-
JQuery
-
JavaScript
-
PHP
-
HTML
-
CSS
-
SQL
-
MySQL