DocDoc.az

DocDoc.az
  • 0000, 00:00
  • 0000, 00:00
  • Layihə saytları

DocDoc.az

ERAsoft olaraq pasiyentlərlə həkimləri vahid rəqəmsal mühitdə birləşdirən DocDoc.az tibbi platformasının veb-saytını və iOS/Android mobil tətbiqini hazırladıq.

DocDoc.az istifadəçilərə ixtisas, xidmət, məkan və uyğun vaxta əsasən həkim axtarmaq, həkim profillərini müqayisə etmək və onlayn randevu təyin etmək imkanı verir. Həkimlər isə qəbul cədvəllərini, xidmətlərini və pasiyent müraciətlərini sistem üzərindən idarə edə bilirlər.

Layihədə həyata keçirdiyimiz həllər

  • Veb platforma – pasiyent və həkimlər üçün responsiv, sürətli və rahat istifadə olunan interfeys;
  • iOS və Android tətbiqi – Flutter texnologiyası ilə hazırlanmış vahid mobil tətbiq;
  • Həkim axtarış sistemi – ixtisas, xidmət, məkan, tarix və digər parametrlər üzrə ətraflı filtrləmə;
  • Onlayn randevu sistemi – həkimlərin mövcud qəbul saatlarının göstərilməsi və uyğun vaxtın bron edilməsi;
  • Xəritə inteqrasiyası – yaxınlıqdakı həkim və klinikaların xəritə üzərində göstərilməsi;
  • Şəxsi kabinetlər – pasiyent və həkimlər üçün fərqli idarəetmə imkanları;
  • Bildiriş sistemi – randevular barədə SMS, e-poçt və mobil bildirişlərin göndərilməsi;
  • Reytinq və rəylər – pasiyentlərin aldıqları tibbi xidməti qiymətləndirməsi;
  • Çoxdilli struktur – fərqli dillərdə idarə olunan məzmun və interfeys;
  • SEO və performans optimizasiyası – sürətli işləyən və axtarış sistemlərinə uyğun texniki struktur.

Layihənin backend hissəsi Laravel və MySQL, veb interfeysi React və Next.js, mobil tətbiqi isə Flutter texnologiyaları ilə hazırlanıb.

Texnologiyalar:
  • TypeScript
    TypeScript
  • HTML
    HTML
  • CSS
    CSS
  • MySQL
    MySQL
  • Laravel (PHP)
    Laravel (PHP)
  • Flutter (Dart)
    Flutter (Dart)
  • React.js
    React.js