ERAsoft olaraq elektrik, mexanika, zəif axın və avtomatlaşdırma sahələrində kompleks mühəndislik xidmətləri təqdim edən Eltech Pro şirkəti üçün müasir və funksional korporativ veb-sayt hazırladıq.
EltechPro.az şirkətin elektrik mühəndisliyi, mexanika və HVAC, zəif axın və təhlükəsizlik, bina avtomatlaşdırılması və BMS, yanğın təhlükəsizliyi, İT və şəbəkə infrastrukturu, enerji səmərəliliyi və texniki xidmət sahələrində fəaliyyətini təqdim edir.
Layihədə həyata keçirdiyimiz həllər
- Fərdi UI/UX dizaynı – şirkətin texniki və peşəkar fəaliyyətinə uyğun müasir korporativ interfeys;
- Mühəndislik həllərinin təqdimatı – xidmətlərin istiqamətlər üzrə ətraflı və anlaşıqlı formada nümayişi;
- Layihələr modulu – tamamlanmış mühəndislik layihələrinin kateqoriyalar üzrə təqdim edilməsi;
- Sektorlar bölməsi – sənaye, kommersiya, ictimai və infrastruktur sahələri üçün həllərin qruplaşdırılması;
- Müraciət və sənəd əlavəli əlaqə forması – potensial müştərilərin layihə məlumatlarını və sənədlərini birbaşa göndərməsi;
- Responsiv interfeys – mobil, planşet və desktop cihazlara tam uyğun istifadə təcrübəsi;
- SEO optimizasiyası – xidmət və layihə səhifələri üçün düzgün struktur və metadata.
Hazırladığımız rəqəmsal platforma Eltech Pro şirkətinin mühəndislik təcrübəsini, xidmətlərini və icra etdiyi layihələri peşəkar şəkildə təqdim edərək potensial müştərilərlə əlaqənin qurulmasını asanlaşdırır.
Texnologiyalar:
-
PHP
-
JQuery
-
JavaScript
-
HTML
-
CSS
-
SQL
-
MySQL
-
Bootstrap