iSend.az

iSend.az
  • 0000, 00:00
  • 0000, 00:00
  • Layihə saytları

iSend.az

ERAsoft olaraq bizneslərin müştəriləri ilə WhatsApp üzərindən vahid mərkəzdən əlaqə qurmasına imkan verən iSend.az platformasını hazırladıq.

iSend.az WhatsApp mesajlarının idarə edilməsi, fərdi və toplu göndərişlər, avtomatlaşdırılmış kampaniyalar, canlı yazışmalar, şablonların idarə olunması, analitika və API inteqrasiyalarını bir platformada birləşdirən funksional SaaS həllidir.

Layihədə həyata keçirdiyimiz həllər

  • Meta WhatsApp Cloud API inteqrasiyası – WhatsApp Business nömrələrinin platformaya qoşulması və mesajların idarə edilməsi;
  • Toplu mesaj kampaniyaları – alıcı siyahıları, təsdiqlənmiş şablonlar və dinamik dəyişənlər vasitəsilə kütləvi göndərişlər;
  • Canlı söhbət modulu – müştəri yazışmalarının real vaxt rejimində vahid mesaj qutusundan idarə edilməsi;
  • AI Assistant – müştəri suallarının avtomatik cavablandırılması, fərdi qaydalar və məlumat mənbələrinin konfiqurasiyası;
  • Mesaj şablonları – mətn, media, dəyişənlər, URL, telefon və sürətli cavab düymələri ilə WhatsApp şablonlarının hazırlanması;
  • Kampaniya analitikası – qəbul edilən, göndərilən, çatdırılan, oxunan və uğursuz mesajların statistikası;
  • İstifadəçi kabineti – paketlər, mesaj və nömrə limitləri, fakturalar, bildirişlər və hesab məlumatlarının idarə edilməsi;
  • API inteqrasiyaları – xarici CRM, satış və xidmət sistemlərindən avtomatik WhatsApp mesajlarının göndərilməsi;
  • Real-time infrastruktur – Socket texnologiyası ilə mesaj və status yeniliklərinin ani göstərilməsi;
  • Responsiv interfeys – desktop, planşet və mobil cihazlar üçün optimallaşdırılmış idarəetmə paneli.

ERAsoft komandası olaraq iSend.az layihəsində platformanın dizaynını, istifadəçi kabinetini, backend sistemini, WhatsApp inteqrasiyalarını, real-time mesajlaşma mexanizmini və API infrastrukturunu vahid ekosistem şəklində hazırladıq.

Texnologiyalar:
  • Socket.IO
    Socket.IO
  • Node.js
    Node.js
  • Bootstrap
    Bootstrap
  • JQuery
    JQuery
  • JavaScript
    JavaScript
  • PHP
    PHP
  • HTML
    HTML
  • CSS
    CSS
  • SQL
    SQL
  • MySQL
    MySQL