ERAsoft olaraq daşınmaz əmlak, nəqliyyat, elektronika, xidmətlər, biznes və digər kateqoriyalar üzrə elanların yerləşdirilməsi üçün nəzərdə tutulmuş Open.az rəqəmsal elan və ticarət platformasını hazırladıq.
Open.az fərdi istifadəçilərə və şirkətlərə elan yerləşdirmək, məhsul və xidmətləri təqdim etmək, mağaza yaratmaq, satıcılarla əlaqə saxlamaq və elanları effektiv şəkildə idarə etmək imkanı verir.
Layihədə həyata keçirdiyimiz həllər
- Çoxkateqoriyalı elan sistemi – daşınmaz əmlak, avtomobil, elektronika, xidmət, biznes və digər sahələr üzrə geniş struktur;
- Dinamik elan yerləşdirmə forması – kateqoriyaya uyğun dəyişən filtr və atributların avtomatik yaradılması;
- Ağıllı axtarış və filtr sistemi – şəhər, kateqoriya, qiymət, tarix, valyuta və digər parametrlər üzrə dəqiq axtarış;
- Elan detalları – fotoqalereya, xəritə, texniki göstəricilər, satıcı məlumatları və oxşar elanların təqdimatı;
- Mağaza və şirkət profilləri – biznes hesabları üçün fərdi mağaza səhifəsi, elanlar, qalereya və statistika;
- Şəxsi kabinet – elanların, seçilmişlərin, balansın, ödənişlərin və profil məlumatlarının idarə olunması;
- VIP və Premium xidmətlər – elanların irəli çəkilməsi və daha çox istifadəçiyə göstərilməsi;
- Balans və ödəniş sistemi – pullu xidmətlər üçün balansın artırılması və əməliyyatların izlənməsi;
- Referal sistemi – dəvət edilən istifadəçilər əsasında bonus və balans mexanizmi;
- WhatsApp və zəng inteqrasiyası – alıcılarla satıcılar arasında birbaşa əlaqə imkanları;
- Moderasiya və idarəetmə paneli – elanların, istifadəçilərin, şirkətlərin, ödənişlərin və kateqoriyaların mərkəzləşdirilmiş idarəsi;
- SEO və sitemap sistemi – kateqoriya və elan səhifələrinin axtarış sistemlərində indekslənməsi;
- Yüksək performans və keşləmə – böyük elan bazası üçün optimallaşdırılmış API, sorğular və keş mexanizmləri;
- Responsiv interfeys – mobil, planşet və desktop cihazlarda rahat istifadə təcrübəsi.
Platformanın backend və API hissəsi Laravel, idarəetmə paneli ReactJS, istifadəçilərin gördüyü frontend hissəsi isə Next.js texnologiyası ilə hazırlanıb.
Texnologiyalar:
-
Laravel (PHP)
-
React.js
-
Next.js
-
TypeScript
-
HTML
-
CSS
-
SQL
-
MySQL