Saena.az

Saena.az
  • 0000, 00:00
  • 0000, 00:00
  • Korporativ saytlar

Saena.az

ERAsoft olaraq kafe, restoran, tədbir və icma konsepsiyalarını vahid rəqəmsal platformada birləşdirən Saena Cafe & Community Center üçün fərdi dizaynlı və funksional veb-sayt hazırladıq.

Saena.az ziyarətçilərə məkanın konsepsiyası, menyusu, tədbir və workshopları, xüsusi təklifləri, media materialları və icma fəaliyyəti haqqında ətraflı məlumat təqdim edir. Layihənin vizual dili Saena-nın təbii, rahat və yaradıcı atmosferinə uyğun yaşıl, krem və tünd rənglər əsasında hazırlanıb.

Layihədə həyata keçirdiyimiz həllər

  • Fərdi UI/UX dizaynı – Saena-nın kafe və community-center konsepsiyasını əks etdirən premium interfeys;
  • İnteraktiv menyu – içkilərin, yeməklərin və şirniyyatların kateqoriya və alt kateqoriyalar üzrə təqdimatı;
  • Məhsul detalları – yemək və içkilərin şəkil, tərkib və qiymət məlumatlarının modal pəncərədə göstərilməsi;
  • Tədbir və workshop modulu – qarşıdan gələn tədbirlərin tarix, proqram və ətraflı məlumatlarla təqdimatı;
  • Xüsusi təkliflər – günün və mövsümün təkliflərinin vizual formada nümayişi;
  • Digital media bölməsi – YouTube videoları, podkast epizodları və digər rəqəmsal materialların idarə olunması;
  • İcma və bloq modulu – Saena icması, xəbərlər və faydalı məqalələr üçün dinamik məzmun strukturu;
  • Foto və video qalereya – məkanın atmosferini, tədbirləri və təqdimatları əks etdirən multimedia qalereyası;
  • Rezervasiya və əlaqə forması – tədbirlər və masaq üçün onlayn müraciət imkanları;
  • Çoxdilli struktur – fərqli dillərdə idarə olunan məzmun və və səhifələr;
  • Responsiv və sürətli interfeys – mobil, planşet və desktop cihazlara tam uyğun görünüş;
  • SEO optimizasiyası – axtarış sistemlərinə uyğun səhifə və metadata strukturu.

Layihənin backend və idarəetmə paneli Core PHP və MySQL, istifadəçilərin gördüyü müasir frontend hissəsi isə Next.js texnologiyası ilə hazırlanıb.

Texnologiyalar:
  • Next.js
    Next.js
  • Bootstrap
    Bootstrap
  • JQuery
    JQuery
  • JavaScript
    JavaScript
  • PHP
    PHP
  • HTML
    HTML
  • CSS
    CSS
  • SQL
    SQL
  • MySQL
    MySQL