ERAsoft olaraq tikinti layihələrinin idarə edilməsi, ekspertiza rəyləri və qərarların izlənməsi üçün SİTMDA layihələr və ekspertiza idarəetmə sistemini hazırladıq.
Sistem layihə menecerlərinə, sifarişçi və tikinti təşkilatlarına layihələrin bütün mərhələlərini izləmək, sənədləri mərkəzləşdirilmiş şəkildə idarə etmək və tikinti prosesləri ilə bağlı məlumatları operativ şəkildə əldə etmək imkanı verir.
Layihədə həyata keçirilən həllər
- Layihələrin əlavə edilməsi, redaktəsi və silinməsi;
- Ekspertiza rəyləri və qərarların layihələr üzrə izlənməsi;
- Layihə təşkilatı, sifarişçi, tikinti statusu və tarixlər üzrə filtrləmə;
- Layihələrin mərhələlərinin və cari statusunun izlənməsi;
- Layihə sənədlərinin əlavə edilməsi və yüklənməsi;
- Sertifikasiyaya cəlb edilmiş avadanlıqların idarə olunması;
- Müəssisələr və podratçı təşkilatların qeydiyyatı;
- Tikinti nəzarəti və istismara qəbul proseslərinin idarə edilməsi;
- Normativ hüquqi aktlar, məktublar və icazələr bölmələri;
- Server-side DataTables ilə böyük həcmli məlumatların sürətli göstərilməsi;
- AJAX əsaslı login və logout sistemi;
- CSRF və XSS qorunması;
- Admin panel üzərindən istifadəçi hüquqlarının və sistem parametrlərinin idarə olunması.
Layihə ERA CMS infrastrukturu üzərində PHP, MySQL, jQuery, JavaScript, HTML, CSS, Bootstrap və AdminLTE texnologiyaları ilə hazırlanıb. Faylların idarə olunması üçün Responsive Filemanager və ERA Uploader inteqrasiyasından istifadə edilib.
Texnologiyalar:
-
ERA CMS
-
Bootstrap
-
JQuery
-
JavaScript
-
PHP
-
HTML
-
CSS
-
MySQL