ERAsoft olaraq kreatorları və məkanları birləşdirən The Social Entry platforması üçün çoxdilli veb-sayt və idarəetmə sistemi hazırladıq.
TheSocialEntry.com platformanın konsepsiyasını, kreator və bizneslər üçün imkanları, məkanları və jurnal materiallarını təqdim edir, mobil tətbiqlə vahid sistemdə işləyir.
Layihədə həyata keçirdiyimiz həllər
- Fərdi UI/UX dizayn – video hero və premium vizual üslub;
- Çoxdilli struktur – Azərbaycan, ingilis və rus dilləri;
- Məkanlar kataloqu – axtarış və kateqoriyalar üzrə filtr;
- Kreator və biznes səhifələri – hər auditoriya üçün ayrıca təqdimat və müraciət formaları;
- Jurnal və sayt daxili axtarış – məqalələr, məkanlar və kateqoriyalar;
- İdarəetmə paneli – istifadəçilər, məkanlar, kampaniyalar, dəvətlər, paketlər və ödənişlər;
- Mobil tətbiq inteqrasiyası – API, push bildirişlər və tətbiqin yüklənmə linkləri;
- Responsiv interfeys və SEO – bütün cihazlara uyğun görünüş, hər dil üzrə metadata və sitemap.
Layihə ERA CMS-in müasir və təkmilləşdirilmiş versiyası olan ERAVEL platforması əsasında PHP (Laravel), MySQL, SQL, JavaScript, jQuery, HTML, CSS və Bootstrap texnologiyaları ilə hazırlanıb.
Texnologiyalar:
-
ERAVEL
-
Laravel (PHP)
-
Bootstrap
-
JQuery
-
JavaScript
-
PHP
-
HTML
-
CSS
-
SQL
-
MySQL