ERAsoft olaraq WUF13 Urban Expo üçün tədbir iştirakçılarının, sərgi nümayəndələrinin və təşkilatçıların istifadəsi üçün müasir tədbir veb-saytı və iştirakçı idarəetmə sistemi hazırladıq.
WUF13 platforması tədbir haqqında məlumatların təqdim olunmasını, iştirakçıların qeydiyyatını, stand rezervasiyasını, texniki xidmət sifarişlərini və tədbir proseslərinin idarə olunmasını vahid rəqəmsal sistemdə təmin edir.
Layihədə həyata keçirilən həllər
- Tədbir haqqında məlumatların təqdim edildiyi müasir veb-sayt;
- Tədbir iştirakçıları üçün şəxsi kabinet;
- İştirakçı qeydiyyatı və profil idarəetməsi;
- Stand rezervasiyası üçün onlayn müraciət forması;
- Stand ölçüsü, konfiqurasiyası və iştirak xərclərinin hesablanması;
- Texniki xidmətlərin seçilməsi və sifariş edilməsi;
- Avadanlıq, elektrik, internet və audio-video xidmətlərinin idarə olunması;
- İştirakçı sifarişləri və ödəniş məlumatlarının izlənməsi;
- Admin panel üzərindən səhifələrin, iştirakçıların, sifarişlərin və məzmunun idarə olunması;
- Çoxdilli və responsiv interfeys.
Layihə ERA EMS infrastrukturu üzərində tədbir və sərgi idarəetmə həlli kimi hazırlanıb.
Texnologiyalar:
-
ERA EMS
-
Bootstrap
-
Tailwind CSS
-
JQuery
-
JavaScript
-
PHP
-
HTML
-
CSS
-
MySQL